Monday, February 15, 2016

Xəzərdən atılan raket xəstəxananı dağıtdı

Hadisə nəticəsində 14 nəfər həlak olub.

Suriyada uşaq xəstəxanasına raket düşüb.
Suriyada uşaq xəstəxanasına raket düşüb.
Rusiya Xəzərdən buraxdığı raketlərlə Suriyada məktəb və xəstəxanaya zərbə endirib”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynanın baş naziriArseni Yatsenyuk ilə görüşündə bildirib.
ANS PRESS-in  Türkiyənin İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz rayonuna havadan 10 raket zərbəsi endirib. Rus döyüş təyyarələrinin bombardmanı nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına  düşüb.
Xəstəxanaya düşən raket.
Xəstəxanaya düşən raket.
Hadisə nəticəsində 14 nəfər həlak olub. Yaralanan  35 nəfər Türkiyəyə Kilis dövlət xəstəxanasına  gətirilib. Onlardan 10-u uşaqdır.
Türkiyə tərəfinin ittihamlarına Rusiya tərəfindən heç bir reaksiya verilməsə də dəfələrlə vurğulanıb ki, Rusiya yalnız terrorçuların olduğu bölgələrə hava zərbələri endirir.
Əhməd Davudoğlu  bildirib ki, beynəlxalq qurumlar baş verən hadisələrə münasibət bildirməsələr, bunun fəsadları daha da böyük olacaq.  Suriyaya türk qoşunlarının girməsi iddialarını rədd edən nazir Əsəd rejimini dəstəkləyən Rusiya və digər ölkələri Suriyada insanlara qarşı cinayət törətməkdə  və beynəlxaq hüquq prinsiplərini pozmaqda günahlandırıb.
Əhməd Davudoğlu və Arseni Yatsenyuk
Əhməd Davudoğlu və Arseni Yatsenyuk
Əhməd Davudoğlu Rusiyanın Türkiyə ilə Hələb arasındakı humanitar yardım dəhlizini bağlamasını misal çəkərək rəsmi Moskvanın niyyətinin Suriyada daha çox qətliam həyata keçirmək olduğunu diqqətə çatdırıb. 
Münhen və Cenevrədə diplomatik teatr oynanılır və Suriya xalqı zərər çəkməkdə davam edir. Bu, beynəlxaq ictimaiyyətdə böyük fəsadlar törədə bilər. Biz Türkiyə olaraq Suriyada və Hələbdəki qardaşlarımızın yanında olacağıq. Rusiyanın bir oyuncağı olan YPG hücumlarına davam edərsə, onlara ən güclü şəkildə cavab verməyə hazırıq”, - deyə baş nazir əlavə edib.
Suriyada Türk Hərbi qüvvələrinin olduğu iddialarını isə baş nazir “hazırda Suriyada heç bir Türk Silahlı Qüvvələri yoxdur” deyə cavablandırıb. “Hazırda 3 ölkənin - Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyü Rusiyanın  işğalı ilə üz-üzədir. Ermənistana verdiyi dəstək dolayısı ilə Azərbaycanın da ərazi bütövlüyünün pozulmasına səbəb olub”, - deyə Davudoğlu xatırladıb.


Mənbə: http://www.anspress.com/siyaset/15-02-2016/xezerden-atilan-raket-xestexanani-dagitdi

No comments:

Post a Comment