Qatar İpək Yolu şəbəkəsini bərpa etmək məqsədilə İrana gəlib.
Yük qatarları
Çindən ilk kommersiya qatarı İranın paytaxtı Tehrana çatıb.
ANS PRESS-in məlumatına görə, İran dövlət televiziyası xəbər verir ki, qatar Asiya boyunca ticarət marşrutlarını birləşdirən qədim İpək Yolu şəbəkəsinibərpa etmək məqsədilə İrana gəlib.
İranın nəqliyyat nazirinin müavini Möhsün Pourseyid Ağayi bildirib ki, 12 konteynerdən ibarət kommersiya qatarı Çinin şərqindən Tehrana 14 gün ərzində yol qət edib.
Nazir müavininin sözlərinə görə, dəmiryolu Şanxaydan İran limanlarına dəniz marşrutu ilə müqayisədə tranzit müddətinə qənaət edir.
İran həmçinin Avropaya marşrutu genişləndirməyi planlaşdırır. İran prezidenti Həsən Ruhani bəyan etmişdi ki, Fransa və İtaliya kimi Qərb dövlətləri ilə sazişlərə baxmayaraq, İran Şərqlə də əlaqələrini möhkəmlətməyə davam edəcək.
Çin İranın ən böyük ticarət tərəfdaşıdır və ABŞ-ın təzyiqlərinə baxmayaraq, 2012-ci ildə sanksiyalardan sonra da İrandan neft almağa davam etmişdi.
Böyük İpək yolu
Mənbə: http://www.anspress.com/iqtisadiyyat/15-02-2016/ilk-kommersiya-qatari-irana-catdi
No comments:
Post a Comment