Monday, February 15, 2016

Papanın gizli sevgi məktubları tapılıb

Nüfuzlu BBC telekanalı bu barədə sənədli film hazırlayıb.

Sabiq Roma papası Jan Pol
Sabiq Roma papası Jan Pol
Katoliklərin sabiq lideri papa II Jan Pola aid gizli sevgi məktubları aşkarlanıb. ANS PRESS-in məlumatına görə, dünyanın nüfuzlu BBC telekanalı bu barədə sənədli film hazırlayıb. 
Jan Polun çox sevdiyi halda qovuşa bilmədiyi Anna-Tereza Tımeneska 1923-cü ildə Polşanın paytaxtı Varşavada əslzadə bir ailədə dünyaya gəlib. II Dünya müharibəsi vaxtı Tımeneska ailəsi nasistlərin işğal etdiyi Polşadan Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçüb. Burada akademik həyata başlayan Anna-Tereza “Harvard” universitetində fəlfəsə professoru olub.     
Anna-Tereza Tımeneska
Anna-Tereza Tımeneska
1995-ci ildə həmin universitetdəki bir professorla ailə həyatı qurmasına baxmayaraq Anna-Tereza Tımeneskanın 2005-ci ildə dünyasını dəyişən polşalı II Jan Pol ilə məktublaşdıqları və romantik şəkildə gizlicə bir-birlərini sevdikləri məlum olub.  
Tımeniska 2014-cü ildə 91 yaşında dünyasını dəyişdikdən sonra onun gizli sevgi məktubları ortaya çıxıb. Bu məktubların işığında sənədli film hazırlayan BBC kanalı bunu “Panorama” verilişində tamaşaçılarına təqdim edib. 
Katolik inancına görə, papa, katolik kilsəsinə bağlı rahiblər və din xadimləri ailə qurmamağa və hər hansı bir qadınla birlikdə olmamağa and içdikləri üçün II Jan Pola aid gizli sevgi məktublarının qalmaqala səbəb olacağı istisna olunmur. 


Mənbə: http://www.anspress.com/siyaset/15-02-2016/papanin-gizli-sevgi-mektublari-tapilib