Artıq şirkət avtomobillərini geri çağırır.
Toyota markalı avtomobil
Toyota şirkəti 2,9 milyon avtomobilini geri çağırır.
ANS PRESS-in məlumatına görə, Yaponiya avtomobil istehsalçısı Toyota, təhlükəsizlik kəməri problemi səbəbindən dünya üzrə 2,9 milyon avtomobilini geri çağıracağını açıqlayıb. Şirkətdən verilən açıqlamaya görə, təhlükəsizlik kəmərlərinin kreslo kənarlarına bərkidilən bəzəkli metal hissələri insanlar üçün zərərli ola bilər.
Məlumatı elektron poçt vasitəsi ilə dünyaya çatdıran nəhəng avtomobil istehsalçısının geri çağıracağı avtomobillər bunlardır:
2005-ci ilin iyul ayından 2014-cü ilin avqust ayına kimi istehsal olunan və bütün dünyaya satılan RAV4 SUV modeli; |
2005-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək istehsal olunan və yalnız Yaponiyada satılan Vanguard SUV modeli. |
Geri çağıracaq avtomobillər, əsasən, Şimali Amerika, Avropa, Çin, Yaponiyadandır. Bundan başqa 307 min avtomobil dünyanın digər ayrı-ayrı ölkələrində satılıb.
Toyota şirkətinin geri çağıracağı avtomobillərin sayı
Şirkət avtomobilləri geri çağırmaqla, onların xətalı hissələri düzəldib qarşılığında heç bir ödəniş almadan qüsursuz şəkildə istehlakçılara qaytarılacaq.
"Toyota Motor Corporation" - minivenlərdən böyük yük maşınılara qədər müxtəlif ölçülü avtomobil istehsal edən dünyanın ən böyük avtomobil şirkətlərindən biridir.
Bu ilin əvvəlindən daha nəhəng avtomobil şirkəti "Volkswagen" öz avtomobillərini geri çağırıb. Bu barədə şirkətin rəhbəri Matias Müller məlumat verib. Onun sözlərinə görə, şirkətə məxsus avtomobillərin bir sıra modelləri atmosferə zərərli maddələr buraxır. Müller bildirib ki, dizel mühərriki ilə işləyən 11 milyon avtomobil və mikroavtobusların, sadəcə, proqram təminatını yeniləmək lazımdır. Bundan başqa, maşınlara yeni ehtiyat hissələri quraşdırılmalıdır.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/18-02-2016/toyota-3-milyon-avtomobillini-geri-cagirir
No comments:
Post a Comment