Monday, February 15, 2016

170 min dolları mənimsəyən vəzifəli şəxs məlum oldu


Həmin şəxs Dövlət Komitəsinin keçmiş Aparat rəhbəridir.
ABŞ dolları
ABŞ dolları
“170 min dolları mənimsəməkdə ittiham edilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) keçmiş Aparat rəhbəri Səfər İmanov fevral ayının 1-də öz istəyi ilə işdən çıxıb”. Bu barədə ANS PRESS-ə komitədən məlumat veriblər. Bildirdilər ki, doğrudan da bir müddət əvvəl komitəyə Səfər İmanovun külli miqdarda pul mənimsəməsi barədə şikayət daxil olub:
“Həmin məbləğin gah 150, gah da 170 min dollar olması barədə fərqli məlumatlar deyilirdi. AQUPDK həmin şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdi. Hazırda həmin iş prokurorluqda araşdırılır. Ancaq S. İmanovun hazırda istintaqa cəlb edilib-edilməməsi barədə bizim heç bir məlumatımız yoxdur.”
 Məsələ ilə bağlı isə  Azərbaycan Respublikası Baş Prokurorluğundan hələ ki  heç bir açıqlama verilmir.
Ötən gün vəkil Adəm Məmmədov öz “facebook” hesabında bununla bağlı məlumat paylaşıb. Vəkil yazıb ki, bu gün çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım: “Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə ondan  170 min ABŞ dollarını aldadıb ələ keçirən şəxsin birbaşa komitə sədri olması çox təəccübə səbəb oldu. Həmin komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”.
Adəm Məmmədovun "facebook" statusu
Adəm Məmmədovun "facebook" statusu


Mənbə: http://www.anspress.com/hadise/15-02-2016/170-min-dollari-menimseyen-vezifeli-sexs-melum-oldu

No comments:

Post a Comment