Havay ştatının qubernatoru Deyvid İqe
ABŞ-ın daha bir ştatı Xocalı qətliamı barədə bəyannamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, Havay ştatı da Xocalı qətliamını pisləyib.
ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.

Xocalı qətliamı ilə bağlı qəbul edilən qətnamə
Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir.
Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.
Bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.
Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.
Bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.
Xocalı qətliamı - 1992-ci il
Mənbə: http://www.anspress.com/siyaset/15-02-2016/abs-in-daha-bir-stati-xocali-qetliamini-tanidi