Hərbçilərin maşını keçən yolda partlayış törədilib.
Diyarbəkirdə terror aktının baş verdiyi ərazi
Ötən gün Ankarada baş verən terror aktının üzərindən 1 sutka keçməmiş Türkiyədə daha bir terror törədilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir-Bingölavtomobil yolunda qeydə alınıb.
PKK terrorçularının yola basdırdıqları partlayıcı əsgərlərin olduğu hərbi avtomobil ərazidən keçdiyi zaman partladılıb.
Baş Qərargah partlayış nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Bir nəfər isə ağır yaralanıb. Qurumun yaydığı açıqlamada qeyd edilir ki, yolda partlayış Bakı vaxtı ilə 11:30-da baş verib. Partladılan ərazidən keçən maşında mina axtarış və zərərsizləşdirilmə bölüyünün üzvləri olub.
"Əziz şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".
Fevralın 17-si Ankarada da terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.Güclü partlayış hərbi şəhərciyin yaxınlığında, hərbçiləri daşıyan avtobusda baş verib. Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir. Terror aktı qeydə alınan ərazi Türkiyə Böyük Millət Məclisi, Baş Qərargah, Daxili İşlər Nazirliyi kimi strateji dövlət qurumlarının yaxınlığındadır.
http://www.anspress.com/siyaset/18-02-2016/turkiyede-novbeti-terror-sehidler-var
No comments:
Post a Comment