Novruz xonçası
Baharın bu il Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, bahar bu il ölkəmizə martın 20-də qədəm qoyacaq. Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.
Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Novruz tonqalı
Bu il Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.
Azərbaycan xalqı martın 1-də Od çərşənbəsini, 8-də Yel, 15-i isə ilaxır olan Torpaq çərşənbəsini qeyd edəcək.
Azərbaycan xalqı martın 1-də Od çərşənbəsini, 8-də Yel, 15-i isə ilaxır olan Torpaq çərşənbəsini qeyd edəcək.
Mənbə: http://www.anspress.com/sosial/15-02-2016/baharin-azerbaycana-geleceyi-deqiq-vaxt-aciqlandi