Thursday, February 18, 2016

Ukrayna üçün vacib qərar Azərbaycanda veriləcək



Ukrayna tranzit ölkələrdən tariflərin endirilməsini istəyir.


Yük qatarı
Yük qatarı
Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumunun yaradılmasına dair razılığa gəlib. ANS PRESS-in məlumatına görə,  qərarTiflisdə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumilimanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.
Qazaxıstan baş nazirinin müavini Bakitjan Sagintayev qeyd edib ki, bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq. Ümumilikdə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin nəqliyyat dəhlizi yeni canlandığı üçün iştirakçı dövlətlər arasında yüklərin daşınması ilə bağlı bəzi məsələlər müzakirə mövzusudur. 
Bakitjan Sagintayev - Qazaxıstan baş nazirinin müavini
Bakitjan Sagintayev - Qazaxıstan baş nazirinin müavini
Bu səbəbdən fevralın 20-də Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan dəmir yolu strukturlarının rəhbərləri Bakıda toplaşacaqlar. TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərin görə, görüşdə əsas müzakirə mövzularından biri tariflərin endirilməsi ola bilər. 

"Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi".

“Ukrayna tərəfi güzəştli tariflər xahiş edir. Rəsmi Kiyev  Rusiyaərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi.  Buna görə də dörd ölkənin dəmir yolu rəhbərləri, Xəzər Dəniz Gəmiçiliyi vəBakı Dəniz Limanının rəhbərləri arasında  tariflərin endirilməsi ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Ola bilsin ki, imzalanması nəzərdə tutulan protokol bütün suallara tam cavab verməsin. Çünki müəyyən müddət  prosedurların sadələşdirilmə prosesi  davam etdiriləcək. Yəqin ki, yaxın gələcəkdə Ukraynanın arzuladığı tariflər tətbiq ediləcək”, - deyə TRASEKA rəsmisi qeyd etdi. 
Akif Mustafayev - TRASEKA-nın milli katibi
Akif Mustafayev - TRASEKA-nın milli katibi
TRASEKA rəsmisi bildirdi ki, Ukraynadan gələn ikinci qatarın çoxu Türkmənistanın Türkmənbaşı limanına göndərildi. “Yalnız 1 vaqon Qazaxıstanın Aktau limanına yola salındı. Bununla məsafə, güzəştlər və prosedurlar baxımından  Qazaxıstanın və ya Türkmənistanın daha sərfəli marşrut olduğu müəyyən edilə bilər. Azərbaycan bu məsələlərdə Qazaxıstanla daha yaxından işləyir. Amma Bakıya məsafə baxımından Türmənbaşı limanı Aktaudan 2 dəfə yaxındır. Hansı dövlət  daha çox şərait yaradıb, güzəştlər tətbiq etsə, yüklər həmin marşrut üzə daşına bilər.  Bu  həmçinin rəqabət mühitinin yaradılması ilə nəticələnər”, -  Akif Mustafayev bildirdi. 
Aktau və Türkmənbaşı limanları üzrə marşrut xətti (qırmızı xətlə işarələnib)
Aktau və Türkmənbaşı limanları üzrə marşrut xətti (qırmızı xətlə işarələnib)
Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb.  Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından “İpək yolunun” yeni marşrutu üzrə - Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizini-Qazaxıstan-Çin - keçərək yanvarın 31-də Çinin “Dostık” stansiyasına çatıb. 
Bu nəqliyyat dəhlizi Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir. Yəqin ki, iştirakçı dövlətlər ortaq məxrəcə gəlib bütün suallara cavab tapacaqlar. Burada əsas məsələlərdən biri də  nəqliyyat dəhlizinin effektivliyinin saxlanılmasıdır. Elə bir güzəştlər tətbiq edilməlidir ki, Ukrayna və Rusiya arasında münasibətləri bərpa olunduğu   zaman nəqliyyat dəhlizinin əhəmiyyəti itməsin. Bunun üçün əsasən tariflərdə və xüsusilə də keçid məntəqələrində prosedurlar daha da sadələşdirilməlidir. Amma bu güzəştlər Azərbaycanın maraqlarına zidd olmamalıdır.


Mənbə: http://www.anspress.com/iqtisadiyyat/18-02-2016/ukrayna-ucun-vacib-qerar-azerbaycanda-verilecek

No comments:

Post a Comment