Monday, February 15, 2016

Gəncə-Moskva reysi təxirə salındı

Reysin baş tutmaması səbəbi naməlumdur.


"Vim Avia" şirkətinə məxsus Boinq 757
"Vim Avia" şirkətinə məxsus Boinq 757
Moskva-Gəncə reysi təxirə salınıb.
ANS PRESS-in "Domodedovo" hava limanının saytına istinadən verdiyi məlumata görə, "VİM-Avia" şirkətinə məxsus təyyarə Moskvadan saat 09:05-də havaya qalxmalı idi, lakin NN411 reysi ilə Gəncəyə uçmalı olan təyyarənin uçuşu baş tutamyıb. Hava limanından ANS PRESS-ə verilən məlumata görə, uçuş "VİM-Avia" hava yolları tərəfindən təxirə salınıb.
Domodedovoda bu gün təxirə salınan reyslər arasında həmçinin Moskva-Şanxay və Moskva-Cenevrə  də var. Lakin bu reyslər başqa hava yollarına məxsusdur.
"Domodedovo" hava limanının online uçuş tablosu
"Domodedovo" hava limanının online uçuş tablosu
Sonuncu dəfə Gəncə-Moskva aviareysi yanvarın 13-də təxirə salınıb. O zaman Rusiyada müşahidə edilən çovğun, qarlı hava şəraiti hava nəqliyyatının işində problem yaradıb. Bu günə nəzərdə tutulan onlarla təyyarə reysi təxirə salınıb. Eyni səbəbdən Moskvanın “Domodedovo” aeroportundan Lənkəran və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb. 



Mənbə: http://www.anspress.com/hadise/14-02-2016/gence-moskva-reysi-texire-salindi