Monday, February 15, 2016

Dolların qiyməti açıqlandı

Mərkəzi Bankın fevralın 15-nə olan rəsmi məzənnəsi.

ABŞ valyutası- dollar
ABŞ valyutası- dollar
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Dolların qiymətində  yenidən ucuzlaşıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 15-də 1,5711 manat səviyyəsində müəyyən edilib. 

ABŞ valyutası ötən həftəni 1,5745 manata başa vurmuşdu. 
Avrozonanın vahid valayutası olan avro həftəyə 1,7631 manatdan başlayıb. Rusiya rublu isə 0,0201 manatdır. 

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı iləüzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. 

 
Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Mənbə: http://www.anspress.com/iqtisadiyyat/15-02-2016/dollarin-qiymeti-aciqlandi