Türkiyə tankları
Suriya Xarici İşlər Nazirilyi ərazilərinə Türkiyə quru qoşunlarının hücumunun başlaması barədə bəyanat verib. ANS PRESS-in məlumatına görə, Suriya tərəfi bildirib ki, Türkiyə artileriyası Hələb vilayətində PYD-nin mövqelərini bombaladıqdan sonra quru əməliyyatı başlayıb və bu çərçivədə Türkiyə Silahlı Qüvvələrinin hərbi texnika dəstəsi Suriyaya daxil olub.
Suriya tərəfi əməliyyatda üzərinə pulemyot quraşdırılmış 12 avtomobilin və yüzə yaxın hərbi qulluqçunun iştirak etdiyini bildirib. Dəməşq iddia edir ki, Suriyaya girən dəstədə Türkiyə hərbçiləri və muzdlular yer alıb. Hərbi dəstənin Suriya ərazisinə Bab əl-Salameh sərhəd keçidindən daxil olduğu vurğulanır.
Türkiyə texnikasının PYD-ni atəşə tutduğu bölgənin xəritəsi
Türkiyə KİV-ləri isə PYD-nin mövqelərinin vurulduğunu bildirsə də, quru əməliyyatı barədə heç bir məlumat vermir. Türk mətbuatı axşam radələrinə qədər davam edən yaylım atəşinə özüyeriyən toplarla yanaşı Türkiyə Silahlı Qüvvələrinin tanklarının da qoşulduğunu bildirir.
Bu barədə yayılan xəbərlərə görə, Türkiyə Silahlı Qüvvətlərinin Kilis vilayətində yerləşən özüyeriyən toplar, tank qoşunları və atəş dəstək vasitələri ilə PYD-nin Kefercenli qəsəbəsi ilə Matar Minna aviabazası yaxınlığındakı mövqelərinə atəş açılıb. Əməliyyatda 100-ə yaxın hərbi texnika iştirak edib. PYD-yə artileriyya zərbələri Uilis vilayətinin Akçabağlar bölgəsindən vurulur və top səsləri Kilis şəhərnin mərkəzinə qədər gəlir.
Salih Müslüm - PYD lideri
PKK-ya bağlı PYD-nin rəhbəri Salih Müslüm isə bu gün Türkiyənin tələblərini yerinə yetirməyəcəkləri barədə bəyanatla çıxış edib. Türkiyə tərəfi Hələbə nəzarət edən mötədil Suriya müxalifəti ilə Türkiyə ərazisini birləşdirən anklavın üç gün öncə PYD tərəfindən tutulmasının əleyhinə çıxış edir. PYD üç gün əvvəl strateji Miniğ aviabazasını ələ keçirib. PYD daha sonrada Türkiyə sərhədində yaxın yerləşən Azez qəsəbəsinə hücuma başlayıb. PYD-yə Rusiyanın döyüş təyyarələrinin havadan dəstək verib. PYD Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mashirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.
Suriyaya nəzarət edən güclər
Mənbə: http://www.anspress.com/siyaset/14-02-2016/turkiyenin-suriyaya-quru-hucumu-basladi