ASAN Xidmətin adından istifadə edərək işə düzəltmək adı ilə 1200 manat alıblar.
Baş Prokurorluq
Saxta ASAN-çılar yaxalandı. Vətəndaşlara özlərini vəzifəli şəxsi kimi təqdim edənlərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, vətəndaşlara özlərini ASAN Xidmət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
4 saylı ASAN Xidmət
Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı ASAN Xidmət mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olub. Bu fakta görəCinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə: http://www.anspress.com/hadise/15-02-2016/saxta-asan-cilar-yaxalandi