ABŞ bayrağı valyutası və capitol
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Federal ehtiyat sistemi üzvləri növbəti dəfə uçot dərəcəsinin artırılması təklifini nəzərdən keçirir. ANS PRESS-in məlumatına görə, qurumun son iclasının protokoluna görə, FED üzvləri qlobal iqtisadi durğunluğun ABŞ-da yarada biləcəyi fəsadlardan dolayı çox narahatdır.
Nizamlayıcı dekabrda uçot dərəcəsinin dəyişilməsindən bəri dünyada iqtisadi qeyri-müəyyənliyin artdığını hesab edir. Hələ ötən həftə Konqresdə çıxışı zamanı FED-in sədri Canet Yelen mövcud qlobal şərtlərin ABŞ iqtisadiyyatına ziyan vura biləcəyini söyləmişdi.
FED-in sədri Canet Yelen
Qurum eyni zamanda Çin, Meksika və Kanadada müşahidə olunan zəif iqtisadi artım tempindən narhatdır. Dekabr ayında mərkəzi bankı üzvləri FED-in uçot dərəcəsinin 0.25-0.50 faiz artırılmasına dair yekdil qərara gəlmişdi.
Həmin qərardan sonra neft qiymətləri ucuzlaşmağa davam edir, səhm bazarları isə kənar təsirlərə daha həssas olub. Analitiklər FED-in növbəti dəfə uçot dərəcəsini mart ayında artıra biləcəyini istisna etmir.
Mənbə: http://www.anspress.com/iqtisadiyyat/18-02-2016/faiz-derecelerinin-artirilmasi-teklif-olunur
No comments:
Post a Comment