Saturday, February 27, 2016

Xəzərdə neftçi meyiti tapıldı

Cavad Xudaverdiyev "Neft daşları"ndakı qəzada itkin düşmüşdü.
Neft daşları, Xəzər dənizi
Neft daşları, Xəzər dənizi
Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub.  Qəza ilə bağlı yaradılmış qəraragahdan ANS PRESS-ə verilən məlumata görə, fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. 

Ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ınNəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, o, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. "Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik".

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. 

Buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza ötən ilin dekabrın 4-də saat 12.30 radələrində baş verib.  Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən budkada 3 nəfər olub. Onlar aşağıdakılardır:
Səyyar aqreqatın matorçusu 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov
Səyyar aqreqatın matorçusu 1974-cü il təvəllüdlü Rövşən Məmmədov 

Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/26-02-2016/xezerde-neftci-meyiti-tapildi

No comments:

Post a Comment