Wednesday, February 24, 2016

Manat möhkəmlənməyə davam edir

Fevralın 24-nə manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı fevralın 24-nə manatın məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, 24.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5593 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, fevralın 23-nə USD/AZN rəsmi məzənnəsi 1,5612 səviyyəsində olub.
AMB-nin ötən günə olan açıqlamasında dollar bahalaşsa da ümumilikdə son iki həftə ərzində dolların məzənnəsində müntəzəm olaraq ucuzlaşma müşahidə edilir.
Nüfuzlu "Bloomberg" agentliyinin ötən günə olan göstəricisinə əsasən Mərkəzi Bank üzən məzənnə rejiminə keçdikdən sonra milli valyuta manat ilk dəfə dollar qarşısında 1.55-dən aşağı düşüb.
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı iləüzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/23-02-2016/manat-mohkemlenmeye-davam-edir

No comments:

Post a Comment