İlham Əliyev və Həsən Ruhani
İran və Azərbaycan arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb. ANS PRESS-in İran prezidentinin saytına istinadla verdiyi məlumata görə, sənədlər iki ölkə prezidentinin iştirakı ilə yüksək rütbəli rəsmilər tərəfindən imzalanıb.
Razılaşmalar əsasən fövqəladə hallar, ikitərəfli gömrük əməkdaşlığı, baytarlıq, elektrik, dəmir yolu, Astara-Astara dəmiryolu körpüləri, qadın və ailə, səhiyyə və tibb elm, məşğulluq və sosial dəstək və digər sahələri əhatə edir.
Saat 12:12
Bu gün İrana səfəri başlayan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. ANS PRESS-in "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, Tehranda dövlət başçısını iranlı həmkarı Həsən Ruhani qarşılayıb.
Prezident Tehranın şimalında Sadabad mədəni və tarixi kompleksində iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Prezidentin Tehranın şimalında Sadabad Sarayında iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək. Məlumatda bildirilir ki, İ.Əliyev Tehrana böyük nümayəndə heyəti ilə səfər edib. İlham Əliyevin səfəri iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə reallaşıb.
Azərbaycan və İran prezidentləri (arxiv)
İlham Əliyev sonuncu dəfə 2014-cü ilin aprelində İranda rəsmi səfərdə olub. Görüşdən sonra hər iki ölkə arasında əməkdaşlıq haqqında bir neçə sənəd imzalanıb. İlham Əliyev 2014-cü il aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə də görüşüb. Həmin ilin noyabrında isə İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycanın dövlət başçısı İ.Əliyev səfərdən öncə İRİB-ə müsahibəsində səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacağını deyib.
"Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaq".
http://www.anspress.com/siyaset/23-02-2016/ilham-eliyev-tehranda
No comments:
Post a Comment