1 ölü, 13 yaralı
Təcili Tibbi yardım maşını. Arxiv
ANS PRESS-in məlumatına görə bu gün Bakı şəhərində səhər saat 10 radələrində Nizami rayonunun ərazisində iki sərnişin avtobusu toqquşub. Avto qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. İlkin məlumata əsasən qəzada 1 nəfər ölüb, 13 nəfər isə yaralanmışdır. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata əsasən metronun Qara Qarayev stansiyası yaxınlığında 36 və 62 saylı avtobuslar toqquşub. Qəzaya səbəb avtobuslardan birinin işıqforun qırmızı işığında yolu keçməsi olub.
Həmin avtoqəza zamanı yoldan çıxan avtobus minik maşınını da əzib.
Qəza zamanı ölən şəxsin keçmiş polis işçisi olduğu deyilir.
Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/24-02-2016/bakida-sernisin-avtobuslari-toqqusub
No comments:
Post a Comment