Thursday, February 25, 2016

Prezident Gəncə ilə bağlı sərəncam verdi

İlham Əliyev bir sıra dövlət qurumlarına müvafiq tapşırıqlar verib.
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, Maliyyə Nazirliyinə Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə dövlət büdcəsində beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üzrə nəzərdə tutulmuş vəsait hesabına Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayırmaq tapşırılıb.
Gənclər və İdman NazirliyiMədəniyyət və Turizm NazirliyiRabitə və Yüksək Texnologiyalar NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Ekologiya və Təbii Sərvətlər NazirliyiXarici İşlər NazirliyiTəhsil Nazirliyi,Səhiyyə Nazirliyiİqtisadiyyat NazirliyiDini Qurumlarla İş üzrə Dövlət KomitəsiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə fəaliyyət istiqamətlərinə uyğun olaraq, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər hazırlayıb həyata keçirməli, habelə Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərməlidir.
Prezident yanında Gənclər Fonduna tövsiyə edilib ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi isə Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı keçiriləcək tədbirlərin işıqlandırılmasını təmin etməlidir.
Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/24-02-2016/prezident-gence-ile-bagli-serencam-verdi

No comments:

Post a Comment