Saturday, February 27, 2016

İTV-nin əməkdaşının intihar etdiyi məlum olub

İlkin məlumata görə, Rəşad Əliyevin ailəsində problemləri olub.

Rəşad Əliyev
Rəşad Əliyev
İTV-nin yanvarın 23-dən itkin düşən və meyiti ötən gün Xəzər dənizindən tapılan əməkdaşı Əliyev Rəşad Fikrət oğlunun intihar etdiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından Musavat.com-a verilən məlumata görə Rəşad Əliyevin üzərində heç bir zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb.
İlkin məlumata görə, Rəşad Əliyevin ailəsində problemləri olub. Onun bu üzdən intihar etdiyi ehtimal olunur.
Hazırda Rəşad Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsindədir. Meyit ailəsinə bu gün təhvil veriləcək.
_______________________________________________________________________________
20:39 / İTV-nin itkin düşən əməkdaşının meyiti tapıldı
Keçən ayın sonlarında itkin düşmüş İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
Dənizdə olan külək onu sahilə çıxarıb. Meyit ekspertiza aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
“Cristall hall” sarayı
“Cristall hall” sarayı
Qeyd edək ki, Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimiFikrət Əliyevin oğlu Rəşad Əliyev yanvarın 25-i səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. 42 yaşlı Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb.
Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/27-02-2016/itv-nin-emekdasinin-intihar-etdiyi-melum-olub

No comments:

Post a Comment