Saturday, February 27, 2016

İlhamə Quliyeva dəfn edildi


Xalq artisti II Fəxri Xiyabanda, anasının yanında torpağa tapşırılıb.

İlhamə Quliyeva dəfn edildi
İlhamə Quliyeva dəfn edildi


14:57 / Xalq artisti dəfn edildi

Xalq artisti İlhamə Quliyeva dəfn edildi. Müğənni II Fəxri Xiyabanda anası, Tükəzban İsmayılovanın yanında torpağa tapşırılıb. 

14:11 / Xalq artisti ilə vida mərasimi bitdi

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başa çatıb. “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüş ifaçının cənazəsi alqış sədaları altında mərasim keçirilən Rəşid Behbudov Adına Mahnı Teatrından çıxarılıb.
O, dəfn edilmək üçün II Fəxri Xiyabana aparılır. 

13:21 / İlhamə Quliyeva ilə vida mərasimi davam edir

İlhamə Quliyeva ilə vida mərasimində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edir. 
Vidalaşmağa gələnlər arasında Xalq artisti Zeynəb Xanlarova, əməkdar artist Elza Seyidcahan, Natavan, müğənni Rəşad İlyasov, əməkdar artist Firuzə İbadova, Elnur, Elşad və Rəvan Qarayevlər var.
İlhamə Quliyeva ilə vidalaşmağa gələnlər
İlhamə Quliyeva ilə vidalaşmağa gələnlər
Vida mərasiminə gələnlər İlhamə Quliyevanı xoş sözlərlə yad edirlər.
 Niyaməddim Musayev - xalq artisti
"Azərbaycan mədəniyyətinin əsl sənətkarı dünyasını dəyişib. Ağır itki oldu. Məhz bu ailənin köməkliyi ilə (Tükəzban xanım və İlhamə Quliyeva – red.) mənim ilk yazılarım radioda səsləndirilib. Biz onunla bütün dünyanı, Avropanı gəzmişik, qastrollarda olmuşuq. Allah Rəhmət eləsin”.
Elza Səhidcahan - əməkdar artist
“İlhamə Quliyeva sənətdə öz yeri olan, öz sözünü deyən sənətkarlardan olub. O, elə bilirdi ki, ancaq İlhamə xanım özü özünü hamıdan çox sevə bilər, amma o görsün ki, onu nə qədər sevən var idi və daha çox da onu Allah sevirdi. Allah Rəhmət eləsin”.
R. Behbudov adına mahnı teatrının qarşısı
R. Behbudov adına mahnı teatrının qarşısı
İlhamə Quliyeva ilə vida mərasimi
İlhamə Quliyeva ilə vida mərasimi

12:37 / İ.Quliyeva vəsiyyəti yerinə yetirilməyəcək

Vida mərasimində iştirak edən İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının müsəlman adətlərinə uyğun tabutsuz dəfn ediləcəyini bildirib.
Müğənni qoz ağacından hazırlanan və güpürlə bəzədilən tabutda basdırılmasını vəsiyyət etmişdi.

12:37 / Orxan Nadirov: "Anamın mirasını hərbçilərə qoymaq istəməsi barədə heç nə deməmişəm"

Xalq artistin İlhamə Quliyevanın oğlu Orxan Nadirov ötən gün jurnalistlərə sərt danışdığı üçün üzr istəyib.
Sənətçi ilə bu gün keçirilən vida mərasimində o, anasının mirası haqqında da danışıb. Orxan Nadirov vəsiyyətnamə işləri ilə ailənin vəkilinin məşğul olacağını deyib. O, bildirib ki, daha öncə anasının mirasını hərbçilərə qoymaq istəməsi barədə heç nə deməyib.
Yerli KİV-də İlhamə  Quliyevanın mirasını  hərbçilərə vəsiət etməsi ilə bağlı iddialar yer alıb.
Orxan Nadirov - İ. Quliyevanın oğlu (ortada)
Orxan Nadirov - İ. Quliyevanın oğlu (ortada)

12:2 / Primadonna ilə vida mərasimi başladı

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, tədbir R. Behbudov adına mahnı teatrında təşkil olunub. Vida mərasimində xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları, xalq artistləri Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, əməkdar artist Röya Ayxan, Elza Seyidcanın və digər şəxslər iştirak edir.
Vida mərasimində sənətçinin  mahnıları səsləndirilir. Mərasim saat 14:00-a qədər davam edəcək. Daha sonra sənətçinin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana aparılacaq.
İlhamə Quliyevanın nəşi tibbi ekspertizaya aparılır
İlhamə Quliyevanın nəşi tibbi ekspertizaya aparılır
Azərbaycanın xalq artisti İlhamə Quliyeva ötən gün ürək çatışmazlığından vəfat edib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, ötən gün səhər saatlarında xalq artistinin səhhəti pisləşib. Onun ailəsindən çağırış olub.
Ə. Mirəliyevin qızı Samirənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruza vermirdi".
Allah Rəhmət eləsin!

Mənbə: ANSPRESS
http://www.anspress.com/medeniyyet/26-02-2016/ilhame-quliyeva-ile-vida-merasimi

No comments:

Post a Comment