Wednesday, February 24, 2016

Azərbaycanda məmurlara cinayət işi açıldı


Həmin şəxslər qanunsuz sənədlər hazırlamaqda ittiham olunurlar.

Qandallanmış əllər
Qandallanmış əllər
Azərbaycanda bir qrup vəzifəli şəxsin qanunsuz əməlləri  ifşa edilib. ANS PRESS-in məlumatına görə,  Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Onlar övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmaqda ittiham olunurlar.

Araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binası
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binası
Bir müddət əvvəl də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxtakarlıq edən şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Ağstafa rayonu M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin fəaliyyətində yol verilmiş qanun pozuntularına dair Kənd Təsərrüfatı Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət daxil olub.
Araşdırmalar zamanı qeyd olunan cəmiyyətin sabiq direktoru Mansır Mansırovun və MMC-nin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək haqqı və müqavilə öhdəlikləri adı ilə pul vəsaitlərinin saxta sənədlər tərtib etməklə mənimsəmələri, eyni zamanda 3486 baş xırdabuynuzlu heyvanın ölüm və məcburi kəsim aktlarının qəsdən uçotdan gizlədilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə onlara etibar edilmiş ümumilikdə 196 min manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun binası
Azərbaycan Respublikasının Baş Prokurorluğunun binası



Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/23-02-2016/azerbaycanda-memurlara-cinayet-isi-acildi

No comments:

Post a Comment