Wednesday, February 24, 2016

Şəkidə kişi arvadının xəyanətini tapmaq üçün özünü döydürdü

İki uşaq anasının görüşdüyü kişi evlənməyə hazır olduğunu deyib.

Şəki Rayon Polis İdarəsi əməkdaşları çox maraqlı quldurluq faktının üstünü açıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 18 fevral 2016-cı il tarixində Şəki sakini Seymur Samir oğlu Əsgərov Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq rayonun Qarabulaq kəndi ərazisində 2 nəfər naməlum şəxs tərəfindən əl-qolunun bağlanaraq döyüldüyünü bildirib. Daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə yollanan polislər Seymur Əsgərovu əli-qolu bağlı vəziyətdə aşkar ediblər. Daha sonra cinayət məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
S. Əsgərov şöbəyə gətirilib və dindirilərkən bir sıra maraqlı məqamlar ortaya çıxıb. Qaynar xəttə zəng vuraraq şikayət edən şəxs ifadəsində bildirib ki o, həyat yoldaşı Həqiqət Əsgərovanın ona xəyanət etdiyini sübut etmək üçün yalandan belə bir addım atıb.
Belə ki, ailəsi ilə uzun müddət Bakıda yaşayan Seymurun həyat yoldaşı Həqiqət Əsgərova bir müddətdən sonra rayona qayıdaraq orada başqa kişiylə görüşməyə başlayıb. Seymur Əsgərov isə arvadının xəyanətini sübuta yetirmək üçün dostu - Bakı sakini Zalov Səbuhini Şəkiyə çağırıb və onu döyüb daha sonra əl-ayağını bağlamasını istəyib. Dostu isə onun dediklərini edib. Daha sonra 102-yə zəng vuraraq yol kənarında döyülmüş bir şəxs olduğunu, hadisədən isə həyat yoldaşı və onun görüşdüyü kişidən (Əvəz Məmmədov) şübhələndiklərini bildirib.
Polis şübhəli şəxs qismində qadın və onun görüşdüyü Əvəz Məmmədovu istintaqa cəlb edib. Dindirilmə zamanı Həqiqət Əsgərova və onun görüşdüyü şəxs S.Əsgərovu döymədiklərini, məsələdən xəbərdar olmadıqlarını bildiriblər. Ancaq Əvəz Məmmədov H. Əsgərova ilə görüşdüyünü, evlənməyə hazırlaşdıqlarını etiraf edib.
Araşdırma zamanı həmçinin qadının telefonundan əxlaqa zidd materiallar da aşkarlanıb, onun başqa kişilərlə də görüşdüyü məlum olub.
Polis əməkdaşlarını aldatmağa cəhd edən şəxslər tutularaq istintaqa cəlb ediliblər.
Qalmaqallı ailənin iki övadı var.
Mənbə: ANSPRESS
http://www.anspress.com/hadise/23-02-2016/sekide-kisi-arvadinin-xeyanetini-tapmaq-ucun-ozunu-doydurdu

No comments:

Post a Comment