Ünvanlı dövlət sosial yardımı almaq qaydaları və proseduru dəyişdirildi
Ünvanlı dövlət sosial yardımı almaq qaydaları və proseduru dəyişdirildi. Artıq sosial yardım üzrə müraciət və təyinat sistemi elektronlaşdırılıb. Fevralın 15-dən qüvvəyə minən yeni qaydalara əsasən yerli əhalinin sosial müdafiəsi mərkəzləri ünvanlı sosial yardım üçün sənəd qəbulu hüququna malik deyillər.
Ünvanlı dövlət sosial yardım məmur müdaxiləsi olmadan təyin olunacaq. Vətəndaş istər sənədləşmə işində, istərsə də məbləğin təyin olunmasında məmurdan asılı olmayacaq.
Ailənin bir üzvü notariusda təsdiqlənmiş vəkalətnamə əldə etdikdən sonra əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rəsmi saytına (əəə.mlspp.gov.az) qrafika) və ya elektron hökumət portalına (əəə.e-gov.az) (qrafıka) daxil olaraq proseduru özü tamamlayacaq. Saytlarda Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yəni VEMTASı klikləmək, informasiyaları daxil etmək kifayətdir. İnternet imkanı olmayanlar üçün də poçt şöbələrində şərait yaradılacaq.
Vətəndaşın daxil etdiyi məlumatlarını yoxlamaq üçün VEMTAS-ın 20-yə yaxın qurumun elektron resurslarına çıxış imkanı mövcuddur. Yalan məlumat olduqda müraciətə 15 iş günü ərzində imtina cavabı verilicik.
Yardım almaq üçün 2 məhdudiyyət də aradan qaldırılıb. Ailədə kredit öhdəliyinin və ödənişli əsaslarla təhsil alan şəxsin olması yardımın təyin olunmasına mane olmayacaq.
Mənbə: http://www.xezerxeber.com/video/135627/video-sosial-yardim-almaq-proseduru-deyisdirildi
No comments:
Post a Comment