Sunday, February 21, 2016

Rusiyanın Türkiyəyə görə tələb etdiyi təcili iclas nəticə vermədi

Moskvanın qətnaməsi BMT TŞ-dən keçməyib.
BMT Təhlükəsizlik Şurasının toplantısı
BMT Təhlükəsizlik Şurasının toplantısı

1:59 / Rusiyanın qətnaməsi qəbul edilmədi

Rusiyanın Suriyadakı vəziyyətlə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasındankeçməyib.
"Rusiya başa düşməlidir ki, onların Suriya prezidenti Bəşər Əsədə dəstəyi dalana dirənib və bu, çox təhlükəli ola bilər", - Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bəyan edib.
Beləliklə, BMT TŞ-nin növbədənkənar iclasından sonra ABŞ və Fransanın təşkilatdakı daimi nümayəndələri jurnalistlərə təmsil etdikləri ölkələrin Rusiyanın Suriyanın suverenliyi ilə bağlı təqdim etdiyi qətnamənin əleyhinə səs verdiklərini bildiriblər.
Hər iki ölkənin nümayəndəsi bəyan edib ki, Rusiyanın təqdim etdiyi sənədin gələcəyi yoxdur.

0:20 / Rusiya BMT TŞ-yə qətnamə təqdim etdi

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Moskva BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar qətnamə layihəsini təqdim edib.
ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

21:57 / Rusiyanın növbədənkənar iclas tələbi

Rusiya Türkiyənin Suriyanın şimalına ordu yeritmək planları ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısını çağırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, Suriya-Türkiyə sərhədində vəziyyətin gərginləşməsi və Türkiyənin öz qoşunlarını Suriyanın şimalına yeritmək planlarını elan etməsi ilə əlaqədar olaraq regionda vəziyyət daha da gərginləşməkdədir.
"Biz İŞİD silahlılarının Suriya ərazisinə keçməsi və orada terrorçu bazalarının yaradılmasından narahatıq. Bu cür hərəkətlər Suriyada siyasi tənzimlənmə mexanizmlərinin işə salınmasına əngəl törədir", - Zaxarova bildirib.
Mariya Zaxarova - Rusiya XİN nümayəndəsi
Mariya Zaxarova - Rusiya XİN nümayəndəsi
Diplomat bildirib ki, bununla əlaqədar olaraq, Rusiya bu gün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məqsəd bu məsələnin müzakirəsi, Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, həmçinin Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsinin təqdim edilməsidir.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyi isə bildirib ki, Rusiyanın tələbi əsasında bu gecə Bakı vaxtı ilə saat 00:00-da ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələri başlayacaq. BMT TŞ Suriya-Türkiyə sərhədindəki vəziyyəti müzakirə edəcək.
Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/20-02-2016/rusiyadan-tecili-iclas-telebi-turkiye-ordusu-suriyaya-girir

No comments:

Post a Comment