Rusiya
Rusiya Federasiyasının “Rosselxoznadzor”u Azərbaycan məhsullarına qarşı müharibəni davam etdirir. ANS PRESS-in məlumatına görə, Federal XidmətinDağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomodor məhsullarını saxlayıb.
Bu barədə idarənin mətbuat xidmətinə istinadən Rusiya KİV-ləri xəbər verir. Məlumata görə, kənd təsərrüfatı məhsullarının sənədlərində onlarının bəzilərinin Türkiyədən gətirildiyi göstərilib. Bəzilərinin isə ümumiyyətlə heç bir sənədi olmayıb.
Martın birindən etibarən Rusiya Federasiyasının “Rosselxoznadzor”u bitki məhsullarının ixracının xeyli artması ilə əlaqədar Ermənistan, Misir, eləcə də Azərbaycanla bağlı narahatlığını qeyd edib.
Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin 5 qat artmasından narahatlığına cavab olaraq Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir.
Düzdür, Türkiyədən də ölkəmizə pomidor gətirilir. Statistikaya nəzər salsaq, görərik ki, Türkiyədən Azərbaycana ötən ilin dekabrında 23,6 ton, bu ilin yanvarında isə 127,9 ton pomidor gətirilib.
Türkiyədən Azərbaycana idxal olunan pomidor (tonla)
Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub. İki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Rusiyaya məxsus"Su-24" hərbi təyyarəsini vurması olub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğunu bildirib.
No comments:
Post a Comment