Dünya iqtisadi forumu
Azərbaycan bu dəfə də qonşularını geridə qoydu. ANS PRESS-in məlumatına görə, Ümumdünya iqtisadi forumu ənənəvi enerji arxitekturasının funksional indeksi (EAPI) siyahısını açıqlanıb. 126 ölkə adının yer aldığı bu reytinqdə Azərbaycan 32-ci yerdə qərarlaşıb. Ölkəmiz MDB məkanındakı dövlətləri də geridə qoya bilib.
Enerji arxitekturasının funksional indeksi 18 göstəriciyə əsasən hazırlanıb. Bunlar da aşağıdakılar üzrə qruplaşdırılıb:
- İqtisadiyyatın inkişafı;
- Ekologiya;
- Əlçatanlıq;
- Təhlükəsizlik.
Dünya iqtisadi forumunun təqdim etdiyi siyahı
Adı çəkilən göstəricələ görə, Azərbaycanın qonşu ölkələri ondan xeyli geridə qalır. Məsələn, reytinqə əsasən, Türkiyə 40, Gürcüstan 46, Rusiya 52,Ermənistan 56, İran isə 117-ci yerdədirlər. Mərkəzi Asiya ölkələrinə gəldikdə Tacikistan 45, Qazaxıtan 57, Özbəkistan 84, Qırğızıstan və Türkmənistan isə 96 və 118-ci yerləri bölüşüblər.
Siyahıya başçılıq edən beşlik bunlardır:
Reytinqdə ilk beşlik
Ötən il də enerji arxitekturasının funksional indeksində ölkəmiz qonşularımızı geridə qoyaraq xeyli irəlidə olub. Belə ki, 2015-ci ilin reytinqində Azərbaycan 33, Rusiya 39, Gürcüstan 48, Ermənistan 50, Türkiyə 54, İran isə 118-ci yerdə olub.
EAPI siyahısı 2011-ci ildən açıqlanır. Sərmayəçilər öz layihələrini həyata keçirmək üçün ölkə seçərkən bu siyahıya əsaslanırlar.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/05-03-2016/azerbaycan-butun-qonsularini-geride-qoydu
No comments:
Post a Comment