Babək Zəncari - iş adamı
İranlı milyarder Babək Zəncani korrupsiya ittihamlarına görə ölüm cəzasına məhkum edilib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın dövlət telekanalı ədliyyə rəsmilərinə istinadən xəbər verir. Babək Zəncani 2,8 milyard dollarlıq dələduzluq və iqtisadi cinayətlərdə təqsirli bilinib. İranlı milyarder özü bu ittihamları rədd edir.
Zəncani ilə yanaşı, daha 2 nəfər də edam cəzasına məhkum edilib. Onlar həmçinin mənimsədikləri vəsaiti geri qaytarmalıdırlar. Zəncani BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran neftini satmaqda ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs olunmuşdu.
Babək Zəncani - İranlı iş adamı
İranın ən zəngin şəxslərindən biri olan Babək Zəncani İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə ittiham edilərək, ABŞ və Avropa Birliyinin qara siyahısında olub.
Babək Zəncaninin varidatının təxminən 13,5 milyard dollar olduğu bildirilir.
İranda ölüm hökmü şəriət qanunlarına uyğun olaraq 1979-cu ildə İslam Respublikasının yaranmasından sonra qüvvəyə minib.
Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/06-03-2016/iranli-milyarder-baresinde-olum-hokmu-verildi
No comments:
Post a Comment