Vladimir Putin və Salman ibn Əbdüləziz Əl-Səud
“Moody's” beynəlxalq reytinq agentliyi neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələri araşdırıb. ANS PRESS-in məlumatına görə, sözügedən ölkələr arasında Rusiya və Səudiyyə Ərəbistanı da var.
“Moody's” qlobal bazarlardakı qiymət düşmələrinin təsirindən büdcələri sarsılan neft istehsalçı və ixracatçısı olan ölkələr üçün daha bir zərbənin kredit olduğunu açıqlayıb. Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirərkən agentlik 6 neft ixracatçısı olan ölkənin kredit reytinqini aşağı salıb.
Onlar bunlardır:
Reytinqi düşmüş ölkələr
“Moody's” 2016-cı ilin fevral ayında Rusiyada Ümumi Daxili Məhsulun (ÜDM) 2,5%-ə qədər aşağı düşdüyünü bildirib.J.P.MORGAN isə neftin qiymətinin bir barelinin 31 dollar olduğu halda belə bundan sonra Rusiyada ÜDM-in 1,5% daha azalacağını qeyd edib.
Beynəlxalq reytinq agentliyi - kredit reytinqlərinin verilməsi və araşdırmalarla məşğuldur. “Moody's” "Standard & Poors" və "Fitch Ratings" ilə yanaşı beynəlxalq reytinq agentliklərinin "böyük üçlüyünə" daxildir. Agentliyin rəhbəri 2007-ci ildən Reymond Makdanieldir.
Raymond Makdaniel - “Moody's” beynəlxalq agentliyin rəhbəri
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/05-03-2016/ilham-eliyev-gurcustana-traktor-bagisladi
No comments:
Post a Comment