Sunday, March 6, 2016

Qış geri qayıdır

Bu gün qar yağacaq, temperatur 10 dərəcə enəcək.
Qarlı hava
Qarlı hava
Bu gündən qış havası geri qayıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 6-sı gün ərzində, 7-si isə gecə və səhər şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.
Martın 6-da axşam, 7-də isə gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Martın 6-sı qərb rayonlarından başlayaraq 8-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Martın 06-da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası
Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Mənbə: ANSPRESS
http://www.anspress.com/sosial/06-03-2016/qis-geri-qayidir

No comments:

Post a Comment