Wednesday, March 9, 2016

Görüş baş tutsa, neft 20-30 dollar bahalaşacaq

Hazırda hadisələrin inkişafının bir neçə variantı var.
Neft buruğları
Neft buruğları
“Neft ixrac edən ölkələrin üzvləri son dəfə razılaşa bilsələr, neftin qiyməti 20-30 dollar qalxa bilər”. ANS PRESS-in məlumatına görə, Küveytin OPEC-dəki nümayəndəsi Məhəmməd əş-Şatti belə hesab edir.
Onun sözlərinə görə, hazırda hadisələrin inkişafının bir neçə variantı var. O bildirib ki, bura hadisələrin neqativ cərəyan etməsi də daxildir.

Neftin qiymətləri 20-30 dollar qalxa bilər.

"Hər şey ondan asılıdır ki, əsas fiqurlar bazara nə deyəcək? Dünya bazarı Səudiyyə Ərəbistanı, Qətər, Venesuela və OPEC-ə daxil olan neft nazirlərinin, həmçinin Rusiya energetika naziri Aleksandr Novakın görüşünə müsbət reaksiya verdi", - deyə Məhəmməd aş Şatti qeyd edib.
Məhəmməd əş-Şatti
Məhəmməd əş-Şatti
"Qiymətlər 10 dollar qalxdı, hətta daha çox ola bilər. Növbəti görüşə qədər bazar təmin edilib və növbəti iclasın nəticəsinə görə bazarda reaksiyalar olacaq", - deyə OPEC nümayəndəsi bildirib.
Məhəmməd əş-Şattinin fikrincə, əgər növbəti danışıqlar olsa və müəyyən qərar qəbul olunsa, onda bir müddət neft bazarında sabitləşmə prosesiolacaq. "Qiymət daha 20-30 dollar qalxa bilər. Bu optimist ssenaridir. Əgər görüş olmayacaqsa, onda mən düşünürəm ki, qiymətlər yenə düşəcək", - deyə Küveyt rəsmisi qeyd edib.
Bütovlükdə aş-Şatti hesab edir ki, neft ixrac edən böyük ölkələrdə ciddi qiymətlərlə bağlı niyyətlər var. Bunu fevralın 16-da Dohada keçirilən görüş də sübut edir. Bu neft ixrac edən ölkələrin bir-birinə etibar etdiyi, razılaşmanın şərtlərini yerinə yetirməyə və hasilatın ixtisarına gedə biləcəyi anlamına gəlir.
OPEK
OPEK
Fevralın ortasında Qətərin paytaxtı Dohada Səudiyyə Ərəbistanı, Qətər, Venesuela, OPEC-ə daxil olan ölkələrin neft nazirləri və Rusiya energetika naziri Aleksandr Novak neft bazarında qiymət vəziyyətinin yaxşılaşmaları məsələləri üzrə danışıqlar aparılıb. Tərəflər əgər başqa neft ixrac edən ölkələr qoşulacaqlarsa, 2016-cı ildə neft hasilatını keçən ilin yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər.
Xatırladaq ki, martın 6-da SOCAR prezidenti Rovnaq Abdullayev Azərbaycanın bu təkliflə razı olduğunu bildirib.
OPEC fevral ayından neft hasilatını gündə 280 min barel azaldıb. Neft çıxarmada ən maksimal azalma İraqda qeydə alınıb. Fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft xətti istifadəsiz qalıb. Boru kəmərinin gücü gündə 600 min barel qiymətləndirilir. Bu göstəricinin martın ortasına qədər davam edəcəyi bildirilir. Neft hasilatının azalması həmçinin Nigeriyada da müşahidə olunub. Buna səbəb yerli “Royal Dutch Shell” müəssisəsində və BƏƏ-lərində qəza və neft daşqınına görə bir sıra yataqların texniki xidmətinin bağlanmasıdır.


Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/08-03-2016/gorus-bas-tutsa-neft-20-30-dollar-bahalasacaq

No comments:

Post a Comment