Elman Rüstəmov- Mərkəzi Bankın sədri
"Əsas vəzifəmiz manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovdeyib.
O qeyd edib ki, AMB daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir. "Bizim öz qrafikimiz var və bazara valyutanı bu qrafiklə çıxarırıq".
O qeyd edib ki, AMB daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir. "Bizim öz qrafikimiz var və bazara valyutanı bu qrafiklə çıxarırıq".
Onun sözlərinə görə, kommersiya bankları tələbata uyğun həcmdə valyuta alır. "Burada başqa proses getmir. Mərkəzi Bank bazarda valyuta təchizatçısı rolunu oynamır. Biz tənzimləyiciyik. Bizim vəzifəmiz üzən məzənnə rejimində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq".
Mərkəzi Bank sədri deyib ki, bağlanan iki bankın bu qərardan məhkəməyə şikayət etdiyini deyib. O, AMB-nin özünü məhkəmə prosesində arqumentlərlə müdafiə edəcəyini də qeyd edib. Söhbət "AtraBank" və "Qafqaz İnkişaf Bankı"ndan gedir. Bundan əlavə sədr hazırda daha üç bankın konsolidasiya prosesində olduğunu bildirib.
Mərkəzi Bank
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/02-03-2016/vezifemiz-manatin-qiymetinin-deyismesinin-qarsisini-almaqdir
No comments:
Post a Comment