Baxdığı uşağı qətlə yetirən dayə
Moskvada qan donduran cinayəti işləyən qadın Özbəkistan vətəndaşı olub. Qadın ilkin ifadəsində qətli törətməsinə ərinin xəyanətinin səbəb olduğunu deyib. Lakin hələlik onun əri ilə işlədiyi ailə arasındakı əlaqənin olub-olmadığı bəlli deyil.
Saat 14:05
Rusiyanın paytaxında dəhşətli hadisə baş verib. ANS PRESS-in "lifenews"a istinadla verdiyi məlumata görə, dayə azyaşlı uşağın başını kəsib. Adı açıqlanmayan qadın kəsdiyi başla Moskvanın "Oktyabrskoe pole"metrostansiyası yaxınlığına gəlib.
Şahidlərin sözlərinə görə, metronun giriş və çıxışı bağlanıb. Qadın əlində tutduğu uşağın başını nümayişkaranə şəkildə göstərir, özünü partladacağını deyir. Qadın başdan-ayağa kimi qara geyinib.
Polis qadını tuta bilib. Hazırda hadisənin motivləri müəyyən edilir, qadına psixoloji ekspertiza təyin edilib.
İlkin ehtimala görə, dayə baxdığı 4 yaşlı Nastya adlı qızı vəhşicəsinə öldürüb. Qətl hadisəsi Norodnıy Opolçeniya küçəsindəki mənzildə baş verib. 39 yaşlı Gülçöhrə Bobokulova səhər saatlarında çalışdığı evə gəlib. Valideynlərin işə getməsini gözləyib. Onlar evdən çıxdıqdan sonra isə yatan körpəni qətlə yetirib. Daha sonra evə od vurub və uşağın başını kəsərək sellofan torbaya qoyub. Torbanı çantasında gizlədən qadın evi tərk edib.
Adıçəkilən metro istiqamətində gedib. Çıxışda polis ondan şübhələnib və sənədlərini tələb edib. Buna cavab olaraq qadın çantasından uşağın kəsilmiş başını çıxarıb və qışqırmağa başlayıb ki, uşağı öldürüb.
Qeyd edilən ünvandakı evdə yanğın da törədilib. Yanğının qarşısı alındıqdan sonra uşağın meyiti tapılıb.
http://www.anspress.com/hadise/29-02-2016/daye-4-yasli-usagi-vehsicesine-oldurdu
No comments:
Post a Comment