Su-25
Rusiyanın Stavropol vilayətində “Su-25” hərbi təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Qəza zamanı təyyarənin pilotu həlak olub. Müdafiə Nazirliyi hücumçu hərbi təyyarənin əhali yaşamayan yerdə düşdüyünü qeyd edib.
"Bu gün axşam saatlarında Stavropol vilayətinin Budennovsk aerodromu ərazisində plan üzrə tədris təlim uçuşunu icra edərkən“Su-25” hərbi təyyarəsi qəzaya uğrayıb. Uçuş döyüş komplekti olmadan yerinə yetirilirdi. Təyyarə sakinlərin olmadığı rayonda yerə düşüb, düşdüyü yerdə dağıntılar yoxdur. Pilot həlak olub”, - deyə MN-nin xəbərində deyilir.
Dəqiqləşdirilmiş məlumatlara görə, hücumçu təyyarə Budennovskın 5-7 kilometrliyində düşüb. Müdafiə Nazirliyində qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
“Su-25” hərbi təyyarəsi
Analoji hadisə keçən il Rusiyanın Xabarovsk ərazisində qeydə alınıb. Həmin ərazidə qəzaya uğrayan Rusiyanın “Su-24M” bombardmançısının hər iki pilotu həlak olub.
"Təyyarə Xurba aerodromu ərazisində plan üzrə tədris təlim uçuşunun icra edərkən qəzaya düşüb. Hər iki pilot hadisə yerində həlak olub”, - deyə xəbərdə deyilir.
“Su-25” təxminən 30 ildir Rusiyanın Hərbi Hava Qüvvələrlərində əsas texnikalardan biri hesab olunur. Bu hərbi təyyarələr idarə etmədə kifayət qədər mürəkkəb hesab edilir və qəza vəziyyəti yüksək səviyyəyə malikdir.
http://www.anspress.com/hadise/29-02-2016/rusiyanin-hucumcu-teyyaresi-qezaya-ugradi-olen-var
No comments:
Post a Comment