"TurAz Qartalları"nın 2015-ci ildəki təlimindən görüntü
“TurAz Qartalları" yenidən bir arada. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təlimləri keçiriləcək. Bu dəfə türk və azərbaycanlı şahinlər Türkiyənin Konya şəhərində bir araya gələcəklər.
Bu ilin ilk təlimləri mart ayının 7-də başlayacaq. Təlimlər öncə Türkiyə, sonra isə Azərbaycanda keçirilir.
Mart ayının 26-dək davam edəcək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Mig-29" və "Su-25" tipli təyyarələr qatılacaq. Ötən ildən fərqli olaraq bu il Azərbaycan "Mi-17" helikopterlərini Konyaya aparmayacaq.
Türk Hava Qüvvələri isə təlimlərə həm "F-16", həm də "F-4E 2020" terminator təyyarələri, "Cougar AS532" axtarış-xilasetmə helikopterləri ilə yer alacaq.
"TurAz Qartalları" (2015-ci il sentyabr)
Axırıncı dəfə “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri ötən ilin sentyabr ayında baş tutub. Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.
"TurAz Qartalları"nın qırıcıları
Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/02-03-2016/turaz-qartallari-telime-baslayir
No comments:
Post a Comment