Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə manatın məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, 03.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5843 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,5764 səviyyəsində olub.
Azərbaycan milli valyutası son həftələrdə ABŞ dolları qarşısında möhkəmlənməkdə davam edirdi. Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnəyə əsasən bu il fevralın 2-də USD/AZN məzənnəsi 1.5940 səviyyəsində olub.
Lakin fevralın sonlarınadoğru manat dollar qarşısında möhkəmlənib və fevralın 24-də USD/AZN məzənnəsi 1,5593 səviyyəsinə düşüb. Nüfuzlu "Bloomberg" agentliyinin göstəricilərinə görə, Mərkəzi Bank üzən məzənnə rejiminə keçdikdən sonra fevralın 22-də manat ilk dəfə dollar qarşısında 1.55-dən aşağı düşərək 1,5455 səviyyəsində olub.
Manatın dollar qarşısında son aya olan göstəricisi. Mənbə: Bloomberg
Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 24-dən sonra dollar manat qarşısında bahalaşmağa başladı və davam edir. Fevralın 25-də 1,5624 səviyyəsində olan USD/AZN rəsmi məzənnəsi sabah qeyd edildiyi kimi 1,5843 səviyyəsində olacaq.
Mərkəzi Bankın saytında yerləşdirilən AZN məzənnəsi son bir ay üçün aşağıdakı cədvəldə göstərilən səviyyələrdə olub.
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,002 manat (0,1 faiz) ucuzlaşıb.
Müvafiq olaraq ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,56114 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0054 manat (0,3 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,72546 manat səviyyəsində müəyyən olunub.
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı iləüzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/02-03-2016/azerbaycan-milli-vayutasi-dusmeye-davam-edir
No comments:
Post a Comment