İmişlidə ərəblərin maşınının kanala düşmüəsi nəticəsində 2 nəfər öldü
ANS PRESS saytının verdiyi məlumata əsasən İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində avtomobil su kanalına düşüb. Su kanalına düşən Toyota Prado markalı avtomobildə olan sürücü Səudiyyə Ərəbistanı vətəndaşı, 45 yaşlı Salam Əli Əlmari və sərnişin Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Avtomobildə olan digər sərnişin, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi isə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
No comments:
Post a Comment