ANS PRESS xəbər verir:
Söhbət "Bank Standard” ilə “AGBank”dan gedir.
Azərbaycanda daha iki bank bağlanır. ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.
Bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər yerli bankla müvafiq məsləhətləşmələr aparıb.
Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunub. Bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalanıb.
Əldə olunmuş razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-yə qoşulması layihəsinin gerçəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaq.

Birləşməyi nəzərdə tutan banklar
Bundan əvvəl isə Azərbaycanda daha 6 bank bağlanıb. ANS PRESS-in məlumatına görə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarları ilə banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bağlanıblar. Lisenziyası ləğv edilən banklar arasında “Qafqaz İnkişaf Bankı” ASC və“Atrabank” ASC, “Yunayted Kredit Bank” ASC və “NBCBank” , "Gəncə Bank" ASC-nin və yanvarın 18-də bağlanan "Bank of Azerbaijan"ın adları var.
Lakin daha sonra “NBCBank” fəaliyyətini bərpa edib.

“Yunayted Kredit Bank”ın ofisi

"Atrabank” ASC-nin ofisi
Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı.

Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=371850