ANS PRESS xəbər verir:
Xalq artisti hal şahidi qismində dindirilib.
Xalq artisti, müğənni İlhamə Quliyeva istintaqa cəlb edilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb.
Xalq artistinin səhhətində problem yaranıb. Bu səbəbdən də onun ifadəsi yaşadığı evdə alınıb.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_v6YqvmgUm3J6EnlJL3X-MmLX_k1-XWFjC6Muf_1fuEdbMHCjN9QRipCjM7kDv6c3p8tbHZoiplDs6qHq8xUNroMH0AKuaGC_Vt64lIV9RQUfRuk3AGmjk=s0-d)
Mehriban Hüseynova - İlhamə Quliyevanın köməkçisi
Ötən ilin sonunda ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib. Xalq artisitinin sözlərinə görə, köməkçisi onu öldürmək istəyib. "O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır”.
Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Bir neçə gün öncə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanması xəbəri yayılıb. Müğənni yayılan məlumatları təkzib edib.
ANS PRESS-ə açıqlama verən xalq artisti bildirib ki, məlumat yalandır: “O məlumat əsassızdır, cəfəngiyatdır, bizim ailəmizə atılan böhtandır. Hamı öz evindədir. Qətiyyən belə bir şey yoxdur. Bu məlumatı mənim həbsxanada olan qulluqçumun adamları yayıb. Axı bu yaxınlarda məhkəməsi olacaq. Yalan-yalan informasiya yayırlar".

Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=371788