ANS PRESS xəbər verir:
Taleh Ömərli özünə od vurub.
Bakıda intihar hadisəsi baş verib. 23 yaşlı oğlan özünü yandırıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Taleh Hümbət oğlu Ömərli yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Bədənin çox hissəsi yanan Taleh Ömərli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
ANS PRESS-in lent.az-a istinadla verdiyi məlumata görə, T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=371713