Wednesday, February 10, 2016

Azərbaycanda işsizlərə verilən pul artırıldı

www.anspress.com saytı xəbər verir:

Məbləğ 55 manatdan 75 manata qaldırılıb.
Nazirlər Kabineti Azərbaycanda işsizlərə verilən müavinəti artırıb. ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Bu barədə Baş naziri Artur Rasi-zadə qərar imzalayıb. 

Məbləğ 20 manat artırılıb. Qərarda deyilir: 

"İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarının 1-ci hissəsində hər iki halda "55 (əlli beş)" sözləri "75 (yetmiş beş)" sözləri ilə əvəz edilsin".

Bu qərar 2016-cı il fevralın 1-dən qüvvəyə minir.


Baş nazir Artur Rasi-zadə



Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=371426

No comments:

Post a Comment