Wednesday, February 10, 2016

Dollar yenə ucuzlaşır, manat yüksəlməyə başladı

ANS PRESS xəbər verir:

Manat sabah da ABŞ valyutası qarşısında möhkəmlənəcək.
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Dollar yenidən ucuzlaşıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 9-da 1.5787 manat idi. Sabaha olan məzənnə isə 1,5702 manat müəyyən edilib. 

ABŞ valyutası ötən həftəni 1,6008 manata başa vurmuşdu. 

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. 

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=371677

No comments:

Post a Comment