Arnold Şvartsneger "Terminator 2" filmində
Hollivud aktyoru Arnold Şvartsneger “Terminator” filminin 6-cı hissəsinin anonsunu edib. ANS PRESS-in məlumatına görə, aktyor yeni filmdə baş rolu ifa edəcək. Bu haqda Şvartsneger özü Avstraliyanın doqquzuncu kanalına müsahibəsində deyib. “Mən böyük səbirsizliklə bunu gözləyirəm”, deyə aktyor bildirib. Lakin o filmin süjetinin detallarını açıqlamaqdan imtina edib.
2015-ci ildə ekranlara çıxan “Terminator: Yaranma” filminin uğursuzluğu fonunda Terminatorun 6-cı hissəsinin hazırlanması haqda xəbər tamamilə gözlənilməz olub.
"Terminator: Yaranma" filminin rəsmi treyleri
Bu ilin yanvarında “Paramount Pictures” şirkətinin "Terminator" haqda yeni filmi prokatdan çıxartdığı haqda xəbər yayılmışdı. Film “Terminator: Yaranma”nın davamı olmalı idi və şərti olaraq "Terminator 2" adını daşıyırdı.
“Terminator” filmlər silsiləsində süni şüur tərəfində idarə olunan “SkyNet” super kompyuterləri və insanların müharibəsindən bəhs edilir. İlk filmi 1984-cü ildə rejissor Ceyms Kemeron çəkib. Filmlər prokatda 1,4 milyard dollar qazanıb. Ümumilikdə silsilənin beş filmi işıq üzü görüb ki, onların dördündə baş rolu Arnold Şvartsneger ifa edib. 2009-cü ildə işıq üzü görən hissə Şvartsnegersiz lentə alınıb. Burada baş rolları Kristian Beyl və Sem Uortinqton canlandırıblar.
Arnold Şvartsneger ABŞ-da 1960-1970-ci illərdə bodibildinqçi kimi məhşurlaşıb. 1980-ci ildə o “Terminator”, “Komando”, “Yırtıcı” və s. filmlərində ifa etdiyi baş rollara görə dünya şöhrəti qazanıb. Aktyor 2003-2011-ci illərdə ABŞ-ın Kaliforniya ştatının qubernatoru olub.
Arnold Şvartsneger
http://www.anspress.com/medeniyyet/21-03-2016/svartsneger--6-ci-terminatoru-anons-etdi
No comments:
Post a Comment