Sunday, March 20, 2016

Rusiyaya qarşı yeni sanksiyalar

Dion yeni sanksiyaların 10 hüquqi və 2 fiziki şəxsə şamil olunduğunu qeyd edib.
Kanada
Kanada
Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. ANS PRESS-in məlumatına görə, bu barədə Kanadanın xarici işlər naziri Stefan Dion xəbər verib.

Sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə şamil olunub.

Stefan Dion yeni sanksiyaların 10 hüquqi və 2 fiziki şəxsə şamil olunduğunu qeyd edib. Hökümətin bu barədə yaydığı bəyanatda əlavə sanksiyaların Ukrayna ilə bağlı olduğu bildirilir.
“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tam həcmdə yerinə yetirilənədək qüvvəsində qalacaq”, - deyə Stefan Dion bildirib.
Rusiya barəsində sanksiyaların genişlənilməsi haqqında qərar martın 16-da qəbul edilib. Ancaq qərar martın 18-də dərc edildikdən sonra qüvvəyə minib.
Stefan Dion - Kanadanın xarici işlər naziri
Stefan Dion - Kanadanın xarici işlər naziri
Keçən il dekabrın sonlarında ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların yeni paketini təsdiq edib. Ümumi siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.
Sanksiyalar altına VTB və “Sberbank” dövlət banklarının bir çox törəmə və xaricdə olan bölmələri düşüb. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və “Sberbank” banklarının qeyri-dövlət təqaüd fondları var.
ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə bundan əvvəl də bir neçə dəfə bu ölkənin məmurlarına və bəzi iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasında tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.

ABŞ-dan başqa digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. AB və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.

Mənbə: ANSPRESS
http://www.anspress.com/iqtisadiyyat/19-03-2016/rusiyaya-qarsi-yeni-sanksiyalar

No comments:

Post a Comment