Tuesday, March 22, 2016

İran ağlayan amerikalı hərbçilərə heykəl qoyacaq

Heykəl turizm məqsədilə istifadə ediləcək.
İranın saxladığı gəminin ağlayan amerikalı həbçisi (13.01.2016)
İranın saxladığı gəminin ağlayan amerikalı həbçisi (13.01.2016)
İran ABŞ əsgərlərinə heykəl qoyacaq. ANS PRESS-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, İran yanvar ayında su sərhəddini pozduğu üçün 2 Amerika gəmisini saxlamışdı. Gəmidə olan 10 hərbçi isə tutulmuşdu. Gəmilərin saxlanması zamanı lentə alınan videolarda amerikalı əsgərlərin diz çökdükəri və ağladıqları görünürdü. 
Əsgərlər qısa müddətdən sonra azadlıqlarına qovuşsalar da, İran bu məsələni bağlamaq niyyətində deyil. Belə ki, indi cənub qonşumuz  amerikalı əsgərlərin diz çökməsini ölümsüzləşdirmək istəyir. 
İran İnqilabı Keşikçiləri korpusunun komandanlarından olan Əli Fedavi deyib ki, mətbuatda saxlanılan əsgərlərin çox sayda fotoları var. "Biz də bu fotolardan istifadə edərək bir simvol inşa etməyi düşünürük. Fedavi, ABŞ əsgərlərinin ağlarkən və diz çökdüyü halda olan heykəllərinin turizm məqsədilə istifadə ediləcəyini açıqlayıb. 
Heykəllər onların saxlandığı yerin yaxınlığında olan kiçik Hart adasında qoyulacaq. 
Korpus komandanlarından biri olan Hüseyn Selami amerikalı əsgərlərinsaxlanan zaman ağladıqlarını etiraf edib. "Amma sonradan bizim nəzakətli davranışlarımızı görərək sakitləşdirlər". 
İranın saxladığı ABŞ əsgərləri (13.01.2016)
İranın saxladığı ABŞ əsgərləri (13.01.2016)
İranda saxlanılan amerikalılar (13.01.2016)
İranda saxlanılan amerikalılar (13.01.2016)
Amerika gəmiləri bu ilin yanvar ayaında saxlanmışdılar. Saxlanılan 2 gəmidə ümumilikdə 10 ABŞ əsgəri olub. Həmin anda çəkilən kadrlardan da aydın görünüb ki, hərbi qulluqçular dizi üstdə oturaraq əlləri başlarının arxasında dururlar.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri İran tərəfindən 10 ABŞ əsgərinin saxlanması barədə yayılan videogörüntüyə münasibət bildirib. Kerri, həmin videolara baxanda çox əsəbləşdiyini deyib:
"Mövzunu dərhal iranlı həmkarlarla müzakirə etdik. Məsələnin günahkarı İran Xarici İşlər Nazirliyi, yaxud hökümət deyil. Günahkar "inqilab keçikçiləri"dir. Bundan bir neçə il əvvəl bu hadisə baş versəydi kimin bu hadisəni törətdiyini müəyyən edə bilməzdik. Eyni zamanda nüvə razılaşması çərçivəsində açdığımız bu diplomatık yol olmasaydı, əsgərlər bu qədər asanlıqla azad edilə bilməzdi".

Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/21-03-2016/iran-aglayan-amerikali-herbcilere-heykel-qoyacaq

No comments:

Post a Comment