Adel oğlu ilə (arxiv)
İnternet qurbanlarının son qurbanı Adel oldu. Dünyanın ən tanınmış simalarından və güclü səslərindən biri olan Adel haker hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, ofaçının heç birdə yayaımlamadığı fotoları oğurlanıb.
Müğənninin sevgilisi Simon Koneckinin email ünvanına girə bilən hakerlər onun fotolarını ələ keçiriblər. 27 yaşlı Adelin özəl fotoları sonra isə fotolar "Facebook"da paylaşılıb.
Məlumata görə, müğənniyə haker hücumu təşkil edən də elə onun öz heyranlarından olub.
Oğurlanan fotolar arasında Adelin hazırda 3 yaşında olan oğlu Anjlenon ultrasəs müayinəsi zamanı çəkilən görüntüləri, onun hamilə olduğu zaman çəkdirdiyi selfiləri də var. Başqa bir fotoda Adel yataqda siqaret çəkərkən və içki içərkən görüntülənib.
Adel şəxsi həyatı haqqında məlumatalara, xüsusilə oğlu haqqında yayaılan xəbərlərə çox həssaslıqla yanaşır. Belə ki, o özü 2014-cü ildə verdiyi müsahibələrdən birində sadəcə oğlunun fotolarını çəkən paparatsilərlə məşğul olmaq üçün bir qrup vəkili olduğunu demişdi.
Adel sevgilisi və oğlu ilə
Adeldən öncə də bir çox məşhurlar haker qurbanı olublar. Onların arasında Monika Belluci, Madonna, Rihanna, Kelli Bruk, Selena Qomez və başqaları da olub.
Hakerlər adətən məşhurların şəxsi fotolarını əldə edərək onları internetdə yayırlar.
Mənbə: ANSPRESS
http://www.anspress.com/medeniyyet/21-03-2016/adel-haker-qurbani-oldu
No comments:
Post a Comment