Wednesday, February 3, 2016
Dünya milyarderləri siyahısında azərbaycanlı iş adamı
ABŞ-ın Bloomberg Agentliyi dünyanın 200 ən varlı insanlarının siyahısını dərc edib. Bu siyahıda yüz yetmiş altıncı yerdə azərbaycanlı iş adamı, 6,5 milyard dollarla Lükoil şirkətinin sahibi Vahid Ələkbərovdur.
Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. O Azərbaycan Neft və Kimya İnstitutunu (hazırki Neft Akademiyası) təhsil almışdır. Hələ tələbə olduğu zaman "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi əmək fəaliyyətinə başlayıb. Sonralar SSRİ neft və qaz sənayesi nazirinin müavini, bir qədər sonra isə nazirin birinci müavini olub. Vahid Ələkbərov 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz, Koqalımneftqaz arasında müqavilənin imzalanmasından sonra Rusiyada ilk neft konsernini yaradıb və bu konsernin adı LUKOİL adlandırıb. O 1993-cü ildən bü günə qədər LUKOİL konserninə prezidentlik edir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment