Wednesday, March 16, 2016

Qazaxıstan prezidenti İlham Əliyevdən dəvət alıb

O bu barədə səfirlərinin etimadnaməsini qəbul edərkən məlumat verib.
 Nursultan Nazarbayev - Qazaxıstan prezidenti
Nursultan Nazarbayev - Qazaxıstan prezidenti
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır. 
ANS PRESS-in  "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə N. Nazarbayev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib. 
 
Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycan səfiri Rəşad Məmmədov da olub. 
 
"Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm", - deyə N. Nazarbayev qeyd edib. 
 
Lakin o, səfərin tarixini açıqlamayıb. 
 
Azərbaycan səfiri ilə yanaşı, BMT, İsrail, Özbəkistan, Tailand səfirləri də etimadnamələrini Qazaxıstan prezidentinə təqdim ediblər.
Nursultan Nazarbayev və Rəşad Məmmədov - Azərbaycanın Qazaxıstandakı səfiri
Nursultan Nazarbayev və Rəşad Məmmədov - Azərbaycanın Qazaxıstandakı səfiri
Sonuncu dəfə Qazaxıstan prezidenti 2013-cü il avqustun 16-da  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün  Azərbaycana gəlib. Qəbələ  Beynəlxalq Hava Limanında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Nursultan Nazarbayevin 2013-cü ildə Azərbaycana səfəri
Nursultan Nazarbayevin 2013-cü ildə Azərbaycana səfəri


Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/15-03-2016/qazaxistan-prezidenti-ilham-eliyevden-devet-alib

No comments:

Post a Comment