Wednesday, March 16, 2016

Millət vəkili əhalinin məmurlar tərəfindən incidildiyini bildirib

“Azərişıq” tərəfindən haqsız olaraq 780 manat borc yazılıb."
Yevda Abramov - millət vəkili
Yevda Abramov - millət vəkili
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Yevda Abramov əhalinin qeyri-qanuni borclarla yüklənməsindən şikayətlənib və özünə də “Azərişıq” tərəfindən haqsız olaraq 780 manat borc yazıldığını bildirib.
Məlumata görə, Y. Abramov tək elektrik enerjisi borcları ilə bağlı deyil, bir sıra sahələrdə məmurlar tərəfindən əhalinin incidildiyini bildirib.
Onun sözlərinə görə, apardığı araşdırma nəticəsində məlum olub ki, əhaliyə yüklənən belə borclar milyon manatlarladır: “Bu nədir belə? Bu yəqin ki, aidiyyəti məmurların yeyintiləridir və indi əhalinin üzərinə yazıb prezidentdən maliyyə amnistiyası gözləyirlər".
Y. Abramov bildirib ki, seçildiyi Quba rayonunda belə hallardan əziyyət çəkənlər yüzlərlədir: "Sonra da deyirlər Qubada üsyan qalxıb. Niyə qalxmasın? O gün də 100-dən çox sakin etiraza qalxmışdı. Mən və icra başçısı da ordaydıq. Hamı prezidentə inanır, amma onları aldadan məmurlardan təngə gəlib".
Milli Məclisin iclası
Milli Məclisin iclası


Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/15-03-2016/millet-vekili--ehalinin-memurlar-terefinden--incidildiyini-bildirib

No comments:

Post a Comment