Monday, April 4, 2016

Ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb

İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.
hakkari-irak-siniri-derecik-1
hakkari-irak-siniri-derecik-1
Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.
ANS PRESS-in məluamtına görə, APA-nın Tehran bürosu xəbər verir ki, hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb. Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb.
Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.
İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.
İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.
Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.
Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


Mənbə: ANSPRESS
http://www.anspress.com/siyaset/03-04-2016/ermenilerin-atdigi-top-mermilerinden-3-u-iran-erazisine-dusub

No comments:

Post a Comment